· Özünüdərketmə - özünün emosiyaları, fikirləri barədə məlumatlı olmaq və davranışa təsirini bilmək
· Özünüidarəetmə - özünün emosiya, düşüncə və davranışlarının müxtəlif vəziyyətlərdə effektiv idarə etmək
· Sosial məlumatlılıq – başqalarının baxış və düşüncələrini nəzərə almaq və hörmətlə yanaşmaq
· Münasibət qurma bacarığı – müxtəlif şəxs və insan qrupları ilə sağlam və dəyərli münasibət qura bilmək və bunu davamlı saxlamaq
· Məsuliyyətli qərar vermə - şəxsi davranış və sosial münasibətlərdə konstruktiv və dəyərli seçim edə bilmək
Sosial və emosional intellektin şagirdlərdə formalaşması onların məktəbdaxili və məktəbdənkənar həyatında davranış pozuntularının qarşısını almaqda əhəmiyyətli dərəcədə müsbət rol oynayacaq.