İstifadəçi şərtləri
Bu istifadəçi şərtləri ən son 5 may 2021 tarixində yenilənmişdir.
TAİM-in missiyası təlim, layihə və resurslar hazırlamaqla müasir dövrdə tələb olunan bacarıqlara yiyələnmiş, inkişafa açıq təfəkkür tərzinə sahib, ömür boyu öyrənən, kritik və yaradıcı düşüncəyə malik, əməkdaşlıq edə və ünsiyyət qura bilən səriştəli müəllim hazırlamaqdır. Bu tətbiq istifadəçilərimizə faydalı təhsil resursları çatdırmaq üçün ən yaxşı yoldur. Tətbiq və xidmətlərimizi cəmiyyətimiz üçün təhlükəsiz saxlamaq üçün qaydalara ehtiyacımız var. Bu istifadəçi şərtləri tətbiqdəki bütün fəaliyyətlərə şamil edilir.
Bu tətbiqdən qeydiyyatdan keçirsinizsə, bütün istifadəçi şərtləri ilə razılaşmış olursunuz.
Davranış qaydaları
Tətbiq daxilində hər hansı bir xidmətdən istifadə etdikdə artıq siz məxfiliklə bağlı razılaşmanı qəbul etmiş olursunuz. Xidmətin məzmununu heç bir şəkildə köçürməyin və ya 3-cü şəxslərə ötürməyə çalışmayın. Qanuni səbəblərdən və ya siyasət səbəblərindən məzmunu ləğv etməyimiz lazım olduğu hallar istisna olmaqla, ümumiyyətlə xidməti aldıqda həmin məhsul sizə ömürlük verilir..
İstifadəçi olaraq ödənişli və ya ödənişsiz bir xidmətdən istifadə etdikdə TAİM-dən istifadə üçün icazə alacaqsınız. İçindəkilər sizə satılmır, sadəcə məzmundan istifadəyə icazə verilir.. Bu icazə məzmunu hər hansı bir şəkildə satmaq üçün heç bir hüquq vermir (hesab məlumatlarını bir alıcı ilə bölüşmək və ya qanunsuz kütləvi şəkildə yaymaq).
Qanuni və daha tam şəkildə, TAİM yalnız (İstifadəçi olaraq) bu şərtlərə uyğun olaraq bütün lazımi ödənişləri və Xidmətlərimizin müəyyən məzmunu və xüsusiyyətləri ilə əlaqəli hər hansı bir şərt və ya məhdudiyyətləri ödədiyiniz xidmətlər vasitəsi ilə yalnız şəxsi istifadəniz üçün, qeyri-kommersiya, təhsil məqsədləri və bunları görmək üçün məhdud, müstəsna və köçürülə bilməyən bir icazə verir. Bütün digər istifadələr açıq şəkildə qadağandır. TAİM tərəfindəm açıq icazə verməmişiksə, çoxaltmaq, yenidən yaymaq, ötürmək, köçürmək, satmaq, paylaşmaq, icarəyə vermək, dəyişdirmək, uyğunlaşdırmaq, redaktə etmək, törəmələr yaratmaq, hər hansı bir məzmunun istifadəsinə vermək qadağandır.
Adətən müştərilərimiz hər hansı bir xidmətdən istifadə etdiyi təqdirdə həmin xidmət daxilindəki məzmundan istifadə onlara ömürlük verilir. Bununla birlikdə, qanuni səbəblərdən müəllif hüquqlarının pozulduğu halda məzmuna girişi bloklamaq, bağlamaq məcburiyyətində olduğumuz zaman icazəni ləğv etmək hüququnu özümüzdə saxlayırıq.
Hesablar Tətbiqdən istifadə üçün hesabınız olmalıdır. Şifrənizi etibarlı bir yerdə saxlayın; Hesabınızla əlaqəli bütün fəaliyyətlərdən siz cavabdehsiniz. Hesabınızı başqasının istifadə etdiyini düşünürsünüzsə, +994774970089 ilə əlaqə saxlayın və bizə bildirin.
Hesab yaratmaq və davam etmək üçün istifadə etdiyiniz mobil nömrəni qeyd etməyiniz mütləqdir. Hesabınızdan və hesabınızda baş verən hər şeydən, o cümlədən birinin hesabınızdan icazəniz olmadan istifadə etməsi nəticəsində meydana gələn hər hansı bir ziyan və ya zərər (bizə və ya başqalarına) daxil olmaqla, tam məsuliyyət daşıyırsınız. Buna görə parolunuza diqqət yetirməlisiniz. Adətən bu kimi hallar mümkün deyil, çünki bir istifadəçi məlumatları ilə yalnız 1 mobil telefondan qeydiyyatdan keçmək mümkündür. Əgər istisna hal olaraq mobil telefonunuzu dəyişərsinizsə, bizə bildirməniz xahiş olunur. Keçmiş mobil telefonda qeydiyyatınız silinməklə yeni mobil telefondan girişinə icazə veriləcək.
Hesab giriş məlumatlarınızı başqası ilə paylaşa bilməzsiniz. Hesabınızda baş verən hər şeydən siz məsuliyyət daşıyırsınız. Birinin hesabınızdan icazəniz olmadan istifadə etdiyini öyrənsəniz (və ya başqa bir təhlükəsizlik pozuntusundan şübhələnirsinizsə), +994774970090 nömrəsi ilə əlaqə saxlamalı və dərhal bizə məlumat verməlisiniz. Hesabınıza sahib olduğunuzu təsdiqləmək üçün sizdən bəzi məlumatlar tələb edə bilərik.
Tətbiqdə hesab yaratmaq və xidmətlərdən istifadə etmək üçün hər hansı bir yaş məhdudiyyəti tələb olunmur.
Ödəmələr Siz satın aldığınız hər hansı bir məhsul üçün ödəniş etməyə razılaşırsınız. Ödəniş MilliÖN və ya hər hansı bir bank kartı ilə keçərlidir. Bütün ödəniş əməliyyatlarınız AZN (Azərbaycan manatı) valyutası və ya ekvivalenti üzərindən aparalıcaqdır. Ödənişlər heç bir halda geri qaytarılmır. Əgər siz ödəniş siyasətimizdən qeyri- qanuni şəkildə sui- istifadə etsəniz, biz öz səlahiyyətimiz daxilində hesabınıza qadağa qoyaraq tətbiqə girişinizi əngəlləyir, xidmətlərimizdən istifadənizi məhdudlaşdırırıq.
Məxfilik siyasəti
Qeyd olunan məxfilik siyasəti zaman- zaman dəyişdirləcək və yenilənəcəkdir. Dəyişikliklər edildikdə "Yenidən işlənmiş" olaraq etiketlənəcək və bu səhifədə yenidən yerləşdirildikdən dərhal sonra qüvvəyə minəcək. Yeni işlənmiş şərtləri yenidən nəzərdən keçirməniz lazım olacaq.
Toplanan məlumatlar
Xidmətlərdən istifadə etmək üçün şəxsi hesab yaradılmalıdır. Hesab yaradıldıqdan sonra ad, soyad, əlaqə nömrəsi və cins kimi zəruri məlumatlar qorunub saxlanır. Bu kimi istifadəçi məlumatları yalnız TAİM tərəfindən informasiya, kampaniya, təbrik, çəkiliş, anket tipli məlumatları çatdırmaq üçün istifadə edilə bilər.
İştirakçının ödəniş məlumatları: Bir xidməti satın almaq istədiyiniz təqdirdə vermiş olduğunuz sifarişi həyata keçirmək üçün bəzi ödənişlə bağlı məlumatlar daxil edilməlidir. Tətbiq üzərində ödəniş edərkən kart məlumatlarınız tərəfimizdən heç bir halda saxlanılmır. Həmçinin, partnyor şirkətlər tərəfindən məlumatlar qorunub saxlanır.
Əlaqə və dəstək almaq istədiyiniz təqdirdə daxil etdiyiniz məlumatlar: mesajlar, ad, soyad, əlaqə nömrəsi, həmçinin bizim avtomatik olaraq təqdim etdiyimiz məlumatlar və s. qorunub saxlanır.
Qiymət strategiyamız
Qiymətlər, şərtlər və xidmətlər şirkət tərəfindən təmin edilən qiymət strategiyası əsasında müəyyən olunur.
Xidmətlər üçün mütəmadi olaraq kampaniyalar və endirimlər edə bilərik. Xidmət üçün tətbiq olunan qiymət sizin xidməti aldığınız zaman ödədiyiniz qiymət olacaq. Aldığınız xidmətin qiyməti bir müddət sonra arta və ya azala bilər. Bu sizin xidməti alarkən ödədiyiniz məbləğə heç bir təsir göstərmir.
Hüquqlarımız Biz TAİM olaraq e-TAİM tətbiqində istifadə olunan bütün məzmunlara sahibik. Siz bunları saxtalaşdıra və icazəsiz istifadə edə bilməzsiniz. İndiki və gələcəkdə tətbiqetmələrimiz, tətbiqin özü, veb səhifəmiz, xidmətlərimiz vasitəsiylə təqdim və təmin edilən məlumatlar müstəsna olaraq mülkiyyətimizdir və belə də qalacaq. Tətbiqimiz, veb səhifəmiz, xidmət və xidmət daxili məlumatlarımız hüquq qanunları çərçivəsində həm Azərbaycan Respublikası, həm də Beynəlxalq qanunlar daxilində qorunur. Heç bir şəkildə tətbiqimizə və veb səhifəmizə daxil edilən məzmunların, adların, nişanların digər bir şəxsin adından təqdim olunmasına və yayınlanmasına icazə verilmir.
- Əqli Mülkiyyət Hüquqları
1.1. Bu Şərtlərin məqsədləri üçün, "Əqli Mülkiyyət Hüquqları" bütün patentləri, ixtira hüquqlarını, faydalı modelləri, müəllif və bununla əlaqəli hüquqları, ticarət nişanlarını, xidmət nişanlarını, ticarət, biznes və domen adlarını, ticari görünüşünü və ya konfiqurasiyasını, nüfuzunu və ya həyata keçirməklə bağlı məhkəmə iddiasını, haqsız rəqabət hüquqlarını, dizayn hüquqlarını, kompüterin proqram təminatı hüquqlarını, məlumat bazası hüquqlarını, yarımkeçirici topoqrafiya hüquqlarını, mənəvi hüquqları, məxfi informasiya hüquqlarını (nou-hau və ticari sirlər daxil olmaqla) və digər əqli mülkiyyət hüquqlarını, hər bir halda istər qeydiyyata alınmış və ya alınmamış, o cümlədən belə hüquqların yenilənməsi və ya uzadılması kimi bütün müraciətləri və dünyanın hər hansı bir yerində bənzər və ya ekvivalent qorunma hüquqlarını və ya formalarını ifadə edir.
1.2. Bizim Xidmətlərimiz müəllif hüquqlarına dair qanunlar və beynəlxalq müəllif hüquqları və müqavilələri və digər əqli mülkiyyət qanunları ilə qorunur.
1.3. Bizim ticarət nişanlarımız bizim olmayan məhsul və ya xidmətlə əlaqədar istifadə edilməməlidir, hər bir halda bu, ehtimal ki, müştərilər arasında çaşqınlıq yardır və ya hər bir halda e-TAİM üçün mənfi təsiri vardır. Xidmətlərimizdə meydana çıxa biləcək bütün digər ticarət nişanlarının mülkiyyəti bizimlə əlaqəli ola və olmaya bilən, bizə qoşula və ya qoşulmaya bilən və ya tərəfimizdən sponsorluq edilən və ya edilməyən sahiblərinə məxsusdur.
İcbari müqavilə
Xidmətlərimizdən istifadə etmək üçün qeydiyyatdan keçdiyiniz andan etibarən hüquqi icbari müqavilə bağlamağa razılıq verirsiniz. Şərtlər sizə uyğun deyilsə, qeydiyyatdan keçməyin və xidmətlərdən istifadə etməyin.
Şərtlərin hər hansı bir hissəsi müvafiq qanunla etibarsız hesab edildikdə başqa orijinal etibarlı müddəaya əsaslanır.
Saxlama və təhlükəsizlik
Tətbiqə daxil edilən şəxsi məlumatlar öz serverimizdə qorunub saxlanılır. Tətbiqimiz üzərindən ödəniş edərkən kart məlumatlarınız tərəfimizdən heç bir halda saxlanılmır. Hər bir üzvün şəxsi məlumatları "Gizlilik sözləşməsi"ndə nəzərdə tutulan qayda və qanunlara əsasən nizamlanır və saxlanır.