Beynəlxalq Əməkdaşlıq üzrə Təhsil Konfransı
Aprelin 25-də Azərbaycan Dillər Universitetinin (ADU), Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində "Beynəlxalq əməkdaşlıq üzrə təhsil konfransı" keçirilib. Konfransda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Dövlət Universitetinin məzunları olan Portuqaliya, Uruqvay, Norveç, İsrail, Qırğızıstandan professor və müəllim heyəti də iştirak edib. Konfransdan öncə ADU-nun rektoru akademik Kamal Abdulla xarici qonaqlarla görüşüb.