Rus dili öyrənməyin 8 açar üsulu.

Rus dilini öyrənmək istəyənlər üçün 8 effektiv yol.
Rus dili öyrənməyin 8 açar üsulu.

1. Psixoloji olaraq özünüzü hazırlayın. Dil öyrənməyin ilk addımı motivasiyadır. Yeni başlayanlar bu dili niyə öyrənmək istədiklərini özləri üçün müəyyənləşdirməli, qarşılarına hədəf qoymalıdırlar. Saatlarca zəhmət və səbr tələb edən bu yolda ən böyük yoldaşınız motivasiyanızdır.

2. Qrammatikaya ciddi fikir verin. Qulağa sıxıcı gəlsə də, Rus dilinin təməli onun qrammatikasıdır. Qrammatikanı özünüzün öyrənməyiniz yorucu gələ bilər. Kurs,yaxud fərdi müəllimdən qrammatika dərsləri almağınız məsləhətdir. Bu imkana sahib deyilsinizsə, internet üzərindən rusca öyrədən müəllimlərlə əlaqəyə keçə bilər və yaxud digər internet resurslarından yararlana bilərsiniz.

3. Təməl sözləri öyrənin. Bir dili bilməklə həmin dildə danışmaq fərqli anlayışlardır. Danışmağın ilk addımı isə təməl kəlmələri, gündəlik ifadələri öyrənməkdir. Yaxşı bir danışıq kitabının bu mövzuda sizə çox köməyi dəyə bilər.

4. Keyfiyyətli kurslar tapın. Həmin kurslara yazılaraq öyrənin. Ancaq müəllimlərin tapşırıqlarını zamanında edin. Tənbəllik etməyin, kursa getsəz də özünüz öyrənmək məcburiyyətindəsiniz.

5. Rus film və seriallarını izləyin. Rusca tələffüzü öyrənmək vacib amildir. Bu baxımdan Youtube üzərindən izlənilə bilən Rus film və serialları köməyinizə çatacaq. Film və serial izləmək tələffüzü inkişaf etdirməklə yanaşı Rus həyat tərzinə dair fikir sahibi olmağınıza səbəb olacaq.

6. Ruscanı Rusiyada öyrənin. Dil öyrənməyin ən effektiv yolu dilin vətənində yaşayıb öyrənməkdir.

7. Rusiyadan sosial şəbəkələr vasitəsilə dostlar qazanmağa çalışın. Hər kəsin də bildiyi kimi dilin ayrılmaz parçası olan arqo ifadələri öyrənməyin yolu dərs kitablarından yox, dostluqdan keçir.

8. Danışmaqdan çəkinməyin. Əgər Rusiyadasınızsa, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində ruslarla danışmaqdan çəkinməyin. Ətrafınızda rus dili bilən tanışlarınız varsa, onlarla maksimum şəkildə rus dilində danışmaq imkanından yararlanın.

Son olaraq da danışarkən qətiyyən səhv etməkdən çəkinib kompleksə qapılmayın. Necə deyərlər, Moskva birdən-birə tikilməyib.

Oxuduğunuz üçün təşəkkür edirik. Əgər faydalı olduğunu düşünürsünüzsə dostlarınızla paylaşın.

Rus dili səviyyəni onlayn yoxla
Bizimlə Əlaqə:
+994 55 843 41 31
+994 99 843 41 31
info@taim.edu.az
Nərimanov metrosunun yanı,
Əhməd Rəcəbli küçəsi 4/6
Made on
Tilda