"Pedaqojİ fəalİyyətə müasİr yanaşmalar" üzrə İxtİsasartırma təlİmİ

TAİM Əlavə Təhsil Müəssisəsi tərəfindən müəllimlər üçün xüsusi təlim!

"Pedaqoji fəaliyyətə müasir yanaşmalar" üzrə ixtisasartırma təlimi.

72 akademik saatdan ibarət olan proqram 6 modulda cəmlənmişdir. Təlim proqramını uğurla bitirən müəllimlər 12 kredit əldə etməklə hüquqi qüvvəyə malik SERTİFİKAT əldə edəcəklər.

Bu təlimə qatılmaqla siz pedaqoji fəaliyyətin müxtəlif istiqamətlərinə müasir yanaşmaları, eləcə də:
I Modul- Hüquqi savadlılıq kompetensiyasına sahib olacaq;
II Modul- Bilik, Blum taksonomiyası, alt-standartları tətbiqi yolları, təfəkkürün növləri və şagirdlərdə formalaşdırmaq yollarını;
III Modul- İllik və gündəlik planlaşdırmanı, dərsin məqsədnin müəyyənləşdirilməsini, üsul və formaları, şagirdlərin dərsə cəlb olunması yollarını;
IV Modul- Diaqnostik, formativ və summativ qiymətləndirmənin mahiyyəti və reallaşdırılması yollarını, effektiv rəyverməni, meyar və rubrik hazırlamağı;
V Modul- H. Qardner, J.Piaje, L.Vıqotski, K. Dvek, Skinner kimi alimlərin nəzəriyyələrinin tətbiqi yollarını;
VI Modul- Effektiv Öyrənmə mühitini yaradılmasını, effektiv müəllim-şagird və müəllim-valideyn münasibətlərini, sinfin effektiv idarəedilməsini öyrənəcəksiniz.

Ən əsası proqramın məzmunu Təhsil Nazirliyinin elan etdiyi müəllimlərin qiymətləndirmə çərçivə sənədinə uyğun hazırlandığından bu təlimə qoşulmaqla siz SERTİFİKASİYA imtahanına hazırlaşmış olacaqsınız. Beləliklə, siz həm Sertifikasiyaya hazırlaşacaq, həm də ixtisasartırma təlimində iştirak etməklə rəsmi sertifikat əldə edəcəksiniz.

Təlim haqqında məlumat:
• 42 dərsdən ibarət proqram (36 dərs proqram+ 6 dərs təkrar)
• 72 akademik saat
• 12 kredit
• Onlayn platformada (zoom)
• Videoizahlar da göndəriləcək
• Həftədə 2 dəfə 1.5 saat
• Qiymət: 60 AZN

Qeyd, təlimin onlayn platformada keçirilməsi bütün bölgələrdə olan müəllimlərimizin qoşulması üçün şans yaradır, həmçinin Sertifikasiyaya hazırlaşmayan digər müəllimlərimiz də ixtisasartırma təlimlərində iştirak edərək sertifikat əldə edə bilərlər.

Təlimə qoşulmaq üçün qeydiyyat bölməsindən qeydiyyatdan keçməniz tələb olunur.
Qeydiyyat üçün düyməyə klikləyin
Əlaqə:
+994 55 843 41 31
+994 99 843 41 31
info@taim.edu.az
Əhməd Rəcəbli 4/6, Nərimanov rayonu,
Bakı şəhəri
Made on
Tilda