"Müəllimdə olmalı olan xüsusiyyətlər."

Müəllif: İlkin Həsənov
Əsrlər boyu müəllim cəmiyyətdə sayılıb-seçilən insanlardan olub. Bu gün də müəllimlər cəmiyyətdə özlərinə layiq yer alıblar. Onlar öz məsuliyyətini çətinliyini müqeddəsliyini dərk edir və gələcək nəsilin cavebdehliyini çiyinləri üzərində daşımağa imza ataraq bu yolda heç bir çətinlikdən qorxmayan zəhməti fədakarlığı hesabına özünə inanan insanlardır.
Əsl müəllimin pedoqoji fəalliyyəti prosesində uğur və nailiyyətlərinin göstəriciləri xüsusi meyarlarla ölçülməli tələb olunan standartlara cavab verən səviyyədə olmalıdır. Müəllim işini ilk növbədə özünümotivasiyadan başlamalıdır.

"Mən kiməm?" "Mənim biliyim peşakarlığım öyrənmək və öyrətmək həvəsim hansı səviyyədədir?" "Mən əsl müəllim kimi dövlətimin cəmiyyətin qloballaşan dünyanın tələblərini əsas götürüb müasir Azərbaycan məktəblisinə tələb olunan səviyyədə bilik almağın yollarını öyrədə bilərəmmi?" "Onlara bacarıq və vərdişlər aşılamağa yararlıyammı?" "Əgər mən arzu olunan müəllimolmaq istəyirəmsə hansı keyfiyyətlərə sahib olmalıyam?".

Bundan sonra bu suallardakı məqsədlərə çatmaq uğrunda müəllim həvəslə və səbirlə səy göstərməlidir. "İntizar gülzarına səbir buludundan su verilərsə qönçə çiçəklənib muradına çatar" söyləyib M.Füzuli. Müəllim məktəbə sadəcə maddi qazanc kimi baxmamalıdır. Müəllimlik peşəsi tamamilə fərqli dəyərlərə köklənir.

Müəllim öz qabiliyyəti davranışı geyim danışıq tərzi tədrisdə seçdiyi üsul və vasitələri öyrənməyə göstərməsi ilə şagirdi cəlb etməlidir. Biz şagirdin idrak proseslərinə; duyğular qavrayış diqqət hafizə təfəkkür nitq və təxəyyülünə bilavasitə təsir etməyi bacarmalıyıq bunun üçün dəlil və faktlardan yeri gəldikcə istifadə etməlidir. Şagirdin fərdi-psixoloji vəziyyətlərini onun maraq və tələblərini nailiyyət səviyyəsində təsir edən mənfi amilləri aradan götürməkdə usta olmalıyıq. Şagird müəllimə inanmalıdır daha dəqiq müəllim inandırıcı olmalıdır.

Əgər biz bu gün müəyyən şagirdlərdə çatışmazlıqlar görürüksə eyni zamanda onları ideal görmək arzusundayıqsa yəni şagirdlərin müəllimə təhsilə ümumilikdə ətrafa reaksiyasının dəyişməsini istəyiriksə ilk növbədə onlardakı boşluqları görməyə bacarmalıyıq. Bu öyrənməyə ya da yaşadığı hadislərdən qaynaqlanan mənəvi-psixoloji boşluqlar ola bilər. "Keçid dövru" "Çətin dövr" "Böhran dövrü" kimi adlandırılan yaş dövründə bu halla daha çox rastlaşa bilərik. Belə vəziyyətlərdə dialoqa üstünlük verməli bu halın başvermə səbəbini hansı nəticələrə apara biləcəyini proqnazlaşdırmalıyıq.

Məktəblini öyrənməyə həvəsləndirın onun daxili təlabatlarını ödəməyi bacarmaq istəyən Azərbaycan müəllimi işini sıfırdan qurmağı qarşıya məqsəd qoyur yenilikçi yaradıcı mükəmməl olmağın yolunu "bütün ömür üçün deyil bütün ömür boyu öyrənmək"də görür.

Müəllimlik ən gözəl sənətdir..

Made on
Tilda