Motivasiyanı necə təşkil etmək olar?
Motivasiyanı qurmaqda ən vacib şərt onun həyatla əlaqələndirilməsidir. Dərsimizi gündəlik həyatımızla əlaqəli qurduqda bu, şagirdlər tərəfdən daha çox maraqla qarşılanır. Motivasiya qurmaq yolları:
- Əyani vəsaitlərdən istifadə edərək
- Açıq tipli suallar verməklə - bir cavabı olan suallar vermək şagirdlərdə düşünmə bacarığına mənfi təsir edir, ona görə şagirdlərə açıq tipli düşündürücü suallar vermək lazımdır.
- Şəkillər, karikaturalar, videolardan istifadə etməklə - bu vasitələrdən istifadə şagirdlər tərəfindən maraqla qarşılanır.
- Krassvord tərtib etməklə
- Hekayə oxuna bilər. Əvvəlcədən xəbərdar edirsiniz ki, birazdan mətndən suallar veriləcək ona görə diqqətlə dinləsinlər. Bu zaman şagirdlər maksimum diqqətlə dinləməyə çalışacaqlar. Yaxud oxu zamanı müəyyən yerləri boş saxlamaq olar və şagirdlərə "bu boşluqlara nə yazmaq olar?" deyə sual vermək olar və s.
- İçərisində bir neçə səhv buraxılan mətn göstərilə bilər və şagirdlərdən bu səhvləri tapmaq və düzəltmək tələb oluna bilər.
- Rəsm dərsində hər hansı bir rəssamın əsəri göstərilə bilər və şagirdlərə sual oluna bilər ki, "bu şəklə baxdıqda rəsmin hansı özünəməxsusluğu diqqətinizi çəkir və nə üçün?".
- Musiqi dərsində hansısa bəstəkarın mahnılarından ibarət parçalardan istifadə etməklə beyin həmləsi etmək olar.
İlk əvvəl motivasiya qurmaq çətin ola bilər, lakin davamlı və səylə çalışdıqda vərdiş halına çevrilir. Sadəcə biraz yaradıcı olmaq lazımdır.