Müəllimlərin İşə Qəbulu və yerdəyişməsi ilə bağlı yeni qərarlar

Müəllimlərin İşə Qəbulu və yerdəyişməsi ilə bağlı bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Fevralın 16-da müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı onlayn brifinq keçirilib.

Brifinqdə müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı bir çox yeniliklər edilib.

Növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.

Vakant yer seçmək imkanı əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.

Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklərdən biri də bölgə müəllimləri üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı suallar və onların cavabları
Made on
Tilda