Müəllimlərin işə qəbulunda yeni dəyişikliklər baş tutdu. Bu dəyişikliklərin əsas mahiyyəti Müəllimlərin işə qəbulu imtahanında Məntiqin çıxarılması və Kurikulum və Metodikadan olan sualların sayının 20-yə dəyişdirilməsi idi.
Beləliklə, 2020-ci ildə MİQ imtahanı verəcək şəxslər 40 ixtisas və 20 Kurikulum sualları ilə imtahan olunacaqdır. Bu qərar bir xeyli müzakirəyə səbəb oldu. Məntiq niyə çıxarıldı?
Bu mövzu ilə bağlı təhsil eksperti İlkin Həsənovun fikirlərini diqqətinizə çatdırmaq istədik.
Məntiqin müəllimlərin işə qəbulu imtahanından çıxarılmasının bir çox səbəbləri mövcuddur. Bunlar aşağıdakılardır:
Müəllimlərin məntiqi-təfəkkürünün inkişafında məntiqin müəyyən rolu var idi. Bu danılmazdır, bəs müəllim üçün nə qədər önəmlidir?
Belə ki, bir müəllimin yaxşı müəllim olması üçün iki məsələ əsasdır.
1. Müəllim mütləq ixtisasını yaxşı bilməlidir, ixtisasla bağlı bilik və bacarıqlara sahib olmalıdır.
2. İxtisasını yaxşı bilən müəllimin öyrətmə qabiliyyəti olmalıdır - Metodika və Kurikulum.
Belə ki, müəllim ixtisasını çox yaxşı bilə bilər. Ancaq sual yaranır: müəllim dərsdə öz biliklərinin neçə faizini şagirdə mənimsədə bilir?
Kurikulum və metodika müəllimin öyrətmə bacarıqlarını inkişaf etdirir. Təhsil Nazirliyi də öyrətmə bacarıqlarını daha önə çəkməyin vacibliyindən bu addımı atıb.
Həmçinin məntiqin ləğv edilməsi ilə humanitar fənn müəllimlərinin riyazi məsələləri həll etməli olması problemi də aradan qaldırıldı. İmtahan 3 fənn üzrə olduğundan müəllimlər üçün çətinlik yaranırdı. Artıq müəllimlərin iki fənn üzrə fokuslanıb daha yaxşı nəticə göstərmək imkanları yüksəkdir.
Mənim fikrimcə, ixtisas bilikləri metodikasız işə yaramır. Müəllimin bildiklərini şagirdə öyrətməsi çox önəmli faktordur. Bununla bərabər ixtisas bilikləri olmadan metodika da işə yaramır. Müəllimin öyrətmə bacarıqları çox yaxşı ola bilər, amma öyrədəcək də nəyisə olmalıdır.
Dəyişikliklərlə bağlı:
https://taim.az/miq-deyisiklik