Kurs seçərkən dİqqət etməli olduğunuz məqamlar

Kursları seçərkən bu faktorlara mütləq diqqət etməlisiniz
Kursların son zamanlarda çoxalması və xidmət səviyyəsinin hər bir kursda, mərkəzdə fərqli olması bizi bu yazını yazmağa vadar etdi. Siz seçiminizdə yanılsaz öyrənməməklə bərabər vaxtınızı itirəcəksiniz. Hədəfinizə gedən yolda uğurlu olmaq istəyirsinizsə düzgün seçim bunun üçün çox vacib rol oynayır.

Bu gün dövrümüzdə hərkəs qəbul edir ki, ən yaxşı yatırım insanın özünə etdiyi yatırımdır. Bildiklərimizi nə qədər çoxaltsaq, nə qədər inkişaf etdirsək bir o qədər çox qazanarıq. Bu inkişaf üçün atdığımız addımlar fərqli olur. Özü məsuliyyətli olan, araşdırma bacarıqları yüksək olan, qarşısına məqsəd qoyub məqsədinə çatacaq olan, və bu inkişafın surəti yavaş olsa da özü əldə etmək istəyən insanlar yetərincədir. Bu saydıqlarımdan əlavə bu inkişafa kurslar, mərkəzlər, akademiyalar vasitəsilə çatmaq istəyənlər də az deyil. Bu insanlar hər dəfə yeni nəsə öyrənmək istəyərkən harasa üz tuturlar.

Bəs bu seçim zamanı nələrə diqqət etməliyik deyə fikirlərimizi bölüşmək istədik.

Diqqət etməli olduğunuz məqamlardan ilk sırada demək istədiyim öyrədəcək şəxsin kim olmasıdır. Müəllimin kimliyi təcrübəsi ilə maraqlanın. Mümkün olarsa daha əvvəl dərs dediyi tələbələrdən fikirlər alın. Sınaq dərsi olsa lap qəşəng olar. Çünki irəli düşmək istəyərkən öyrədə bilməyəcək müəllim sizin vaxtınızı boşa almaqla böyük bir zərər vermiş ola bilər sizə. Qeyd edim ki, kimlərsə çox savadlı ola bilər, bu o insanların yaxşı müəllim olması anlamına gəlmir.

İkinci məqam yolda sərf edəcəyiniz vaxtdır. Çalışın sizdən gününüzü almasın. Günümüzdə bu inkişaf nöqtələrinin sayının çox olması daha az vaxt sərf edərək öyrənməmizə gətirib çıxara bilər. Məkanlar ən azı metroya yaxın olsa Bakı üçün əlverişli hesab oluna bilər.

Üçüncü qeyd etmək istədiyim məsələ şəraitdir. Sağlamlığınızı öyrənməyə qurban verməyin. Hələ başqa alternativlər bu qədər çox ola-ola qəti belə səhv etməyin. Padval, havasız dar otaqlar, nəmişlik olan mərkəzlərdən uzaq qaçın.

Müştəri kimi dəyərli olmağı hərkəs sevir. 4-cü danışmaq istədiyim isə sizə dəyər verən mərkəzlərə üz tutun. Üzündən zəhrimar yağan işçilər və müəllimlər ilə pozitiv olub öyrənməyə köklənmək asan olmur. Ən azı mənim təcrübəm belə deyir.

5-ci olaraq münasib qiyməti sizin diqqətinizə çatdırmağı özümə borc bilirəm. Bir şeyi yuxarıdakı şərtləri qorumaqla öyrənməyiniz daha ucuza mümkündürsə, pulunuza qənaət edin. Sonra yenə qənaət etdiyiniz məbləğə başqa birşey öyrənə biləsiniz .

Oxuduğunuz üçün təşəkkür edirəm.

Bizə yazın:
WhatsApp
Made on
Tilda