Kompüterlə IELTS imtahı verməyin müsbət və mənfi cəhətləri var. IELTS hazırlığı zamanı çəkdiyiniz əziyyətlər boşa getməsin deyə komputeri seçib seçməməyə yaxşı düşünüb qərar verməyiniz sizin üçün yaxşı olar.
Müsbət tərəfləri :
* Klaviaturada yaxşı yazmaq qabiliyyətiniz varsa, cavabları daha sürətlə yazacaqsınız
* Oxu bölməsindəki mətnləri daha rahat oxumaq üçün böyük ekranın təchizatı
* İmtahan zalında az sayda namizədin olması ( hazırda bu üsulla imtahan verənlərin sayı azdır )
* İmtahan nəticələrinin qısa zamanda açıqlanması ( hər bir namizədin nəticəsi 5 gündən sonra açıqlanır)
Mənfi tərəfləri:
* Əgər klaviaturada cəld yaza bilmirsinizsə, vaxt itirə bilərsiniz. (Yaxşı olar ki, ənənəvi üsula üstünlük verəsiniz)
* Elan edilmiş saniyədə ekran bağlanır və sizin son dəqiqədə hər hansı sual üzərində dəyişiklik etmək şansınız olmur
* Son 1 dəqiqə ərzində saniyə ölçən görünmür və bununla da ekranın nə zaman bağlanacağından xəbərsiz olursunuz