İT proqramlaşdırma dərsləri

Övladlarınızı TAİM (Təhsildə Araşdırmalar və İnkişaf Mərkəzi) və EdTech Azərbaycanın əməkdaşlığı ilə təşkil etdiyi Uşaqlar üçün proqramlaşdırma kurslarına qeydiyyatdan keçməyə dəvət edirik!

Günümüzün rəqəmsal dünyasında artıq proqramlaşdırma və alqoritmik düşüncə təməl bacarıqlardan biri hesab olunur. Problem həll etmə, yaradıcılıq, məntiqi təffəkkür, tənqidi- yanaşma kimi 21 əsr bacarıqlarının inkişaf etdirdiyimiz dərslərimizdə, uşaqlar öz animasiyalarını, videolarını, oyunlarını hazırlamaqla əyləncəli formada ilkin proqramlaşdırma vərdişlərini əldə edirlər.
Niyə uşaqlar üçün proqramlaşdırma?
  • Uşaqların tənqidi təffəkkürünü və məntiqini inkişaf etdirir
  • Uşaqlara öz yaradıcılıqlarını ortaya qoymaq imkanı yaradır
  • Uşaqları texnologiyadan düzgün və məqsədli istifadəyə təşviq edir
  • Gələcəyin ən perspektivli peşə sahələrindən biridir
Kurslar I-VIII siniflərdə təhsil alan şagirdlər üçün nəzərdə tutulmuşdur. Başlanğıc proqram 3 ay ,həftədə 2 dəfə 1 saat olmaqla davam edəcəkdir.
Dərslərimiz:
  • 1
    Övladınızda məntiqi alqoritmik düşüncənin, yaradıclıq və əməkdaşlıq kimi mühüm 21 əsr bacarıqlarının inkişaf etməsinə kömək edir.
  • 2
    Dünyanın bir çox ölkəsində istifadə olunan resurslardan istifadə olunmaqla, peşəkar təlimçi heyəti tərəfindən tədris olunur.
  • 3
    Oyun, animasiya, video hazırlamaq kimi maraqlı fəaliyyət növlərindən istifadə olunmaqla uşaqlar üçün maraqlı və cəlbedici formada tədris olunur.
  • 4
    Övladınız bilik və bacarıq səviyyəsi, fərdi xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunur
Aylıq ödəniş: 80 AZN
Qeydiyyat
"Təsdiqlə" düyməsinə basdıqdan sonra, ən qısa müddət ərzində əməkdaşımız sizinlə əlaqə saxlayacaq
Bizimlə Əlaqə:
+994 55 843 41 31
+994 99 843 41 31
info@taim.edu.az
Nərimanov metrosunun yanı,
Əhməd Rəcəbli küçəsi 4/6
Bizə yazın:
WhatsApp
Made on
Tilda