İngilis dili öyrənməkdə kömək olacaq proqramlar

İngilis dilini müəllimsiz öyrənmək mümkündür. Bunun üçün bəzi proqramlar var ki, həmin proqramlar vasitəsilə rahatlıqla ingilis dili öyrənmək mümkündür. Proqramlar haqqında aşağıda məlumat vermişik :)
1.Duolingo-Duolingo dünyaca məşhur dil öyrənmək proqramıdır. İkidilli insanları yetişdirmək üçün nəzərdə tutulan bu proqramda bildiyiniz bir dil vasitəsi yeni dil öyrənə bilərsiniz. Duolingodan istifadə tamamilə pulsuzdur. Dil interaktiv üsulla danışma, dinləmə, oxuma və yazmaq qaydalarına əsasən öyrədilir. Gündəlik hədəfinizi müəyyənləşdirərək nə qədər məşğul olacağınızı da müəyyənləşdirə bilərsiniz. Bundan başqa günlərə uyğun olaraq nə qədər inkişaf etdiyinizi sxem vasitəsilə görə bilərsiniz. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir. Proqramdan online şəkildə kompüterlə istifadə etməklə yanaşı telefon yaxud planşetinizə app-ları yükləyərək yolda, səyahətdə və s. istənilən yerdə , istədiyiniz zaman istifadə edə bilərsiniz. Tək ehtiyacınız olan şey internetdir.

2.Memrise-Memrise, Google Play Store tərəfindən 2017-ci ilin ən yaxşı tətbiqləri arasına seçilmişdir. Onlarla fərqli dili öyrənə biləcəyiniz proqramın təməl xüsusiyyəti heç bir dil məlumatı qaydası verməməsidir. Tamamilə günlük dil üzərindən təhsil etdirən Memrise-ın İngilis kursu 7 ayrı hissədən ibarətdir. 7 bölümü də bitirsəniz B1 / B2 arasında bir səviyyəyə sahib ola bilərsiniz. Tətbiqi pulsuz olaraq Google Play Store və App Store üzərindən yükləyə bilərsiniz.

3.Quizlet-Quizlet, yalnız bir dil öyrənmə tətbiqi deyil. İstədiyiniz hər hansı bir mövzunu Quizlet ilə öyrənə bilərsiniz. Quizlet məzmunu ilə tanış olmaq-test gününə hazır olmağınıza kömək edəcək mütəxəssislər tərəfindən hazırlanmışdır.

4.HelloTalk-Danışaraq dil öyrənmənizi təmin edən HelloTalk ilə dünyanın hər yerindən dil öyrənmək istəyən insanlarla görüşə bilərsiniz. Pulsuz olan proqram, həm yazılı, həm də səsli olaraq rabitə qurmanızı təmin edir.

5.Voscreen-İngilis dilini fərqli üsullarla öyrənməyin yollarından biri Voscreen-dir. Proqramın əsas funksiyası sizə videolar göstərərək istəsəniz alt yazılı istəsəniz yalnız səsli, həm ingiliscə, həm azərbaycanca tərcüməsinə baxa bilərsiz.Proqram videoları səsləndirir və sizə düzgün tərcüməni seçmək imkanı verir.

6.LinguaLeo-Bu layihənin fərqləndirən onun baş personajı –Məzəli Şir. O hər dil məşqələlərinə ürəkdən sevinir. Tədris metodikasına gəlincə, burda da təsisçilər oyun forması təklif edirlər. Tətbiqdə bir neçə növ məşğələ var:
Söz-tərcümə" - ekranda ingilis dilində söz yazılır və onun tərcüməsi üçün bir neçə variant,Tərcümə-söz - rus dilində söz yazılır və ingilis dilində bir neçə variant, Söz konstruktoru - hərflərdən söz düzəltmək, Audiolaşma - şifahi danışığın anlama testi, Söz kartları - tətbiq söz yazılan kartları göstərir, istifadəçi isə o sözü tanıyıb tanımamağını qeyd etməlidir, Leosprint – vaxtla yoxlama.

7.Mondly-Oyun oynayarkən ingilis dilini öyrənmək istəyənlər Mondly proqramından faydalana bilər. Bu mobil tətbiq vasitəsilə darıxmadan ingilis dilini öyrənmək mümkündür. Proqram sizə ingiliscə cümlə qurmağı və yeni sözlər öyrədəcək.

8.Busuu-Proqram sizə ana dili ingiliscə olan insanlarla danışaraq ingilis dilinizi inkişaf etdirməyi təklif edir. Bununla yanaşı müxtəlif interaktiv testlər, oyunlar və s. ilə siz dil bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

9.English Ninjas- Bu proqramın əsas funksiyası görüntülü, səsli zəng və ya mesajlaşmaq yolu ilə ingilis dili müəllimləriylə danışaraq öz dilinizi inkişaf etdirməyinizə kömək etməkdir.

10.English Grammar Test -Qrammatika biliklərinizi inkaf etdirmək üçün sizə hər biri 20 tapşırıqdan ibarət 60 test təqdim edir. Testləri həll etdikdən sonra siz hansı qrammatik biliklərinizin güclü, hansılarının zəif olduğunu və üzərində daha çox işləməli olduğunuzu bildirir.

Oxuduğunuz üçün təşəkkürlər.

İngilis dili səviyyəni onlayn yoxla!
Made on
Tilda