İNGİLİS DİLİNİN UĞURLU KARYERADA ROLU

İngilis dili beynəlxalq dil kimi bütün dünyada qəbul olunmuşdur. Bir çox ölkələrdə dövlət dili olan ingilis dilini bilmək ilə beynəlxalq aləmə iş həyatına atılmış olursunuz. Bu gün ingilis dilinə sərf edəcəyiniz vaxt, getdiyiniz ingilis dili kursları sizin gələcək inkişafınızda , karyeranızda vacib rol oynayır.
İşə müraciət edərkən CV-nizə mükəmməl ingilis dili biliyi əlavə etməyiniz sizi minlərlə müraciət arasından fərqləndirə bilər. Daha yaxşı iş və karyera istəyirsinizsə, o halda ingilis dilini mütləq öyrənməlisiniz.

Peşəkar və fərdi həyat daxil olmaqla ingilis dili öyrənmək üçün bir çox səbəb var. İngilis dili 67-dən çox ölkədə rəsmi dil olaraq istifadə edilsə də, digər ölkələrdə də geniş şəkildə istifadə edilir.



1. Peşəkarlıq

  • İngilis dili öyrənmək iş həyatında sizə kömək olur və karyeranızda qabağa getməyinizi təmin edir.
  • Araşdırmalar təxmini olaraq dil biliklərini işlərində istifadə edən insanların 20% daha çox qazandığını göstərməkdədir.
  • Şirkətlərin üçdə birindən çoxu namizədləri xarici dil bilikləri üçün seçməkdədir.
  • Beynəlxalq iş dünyası əlaqə qurmaq üçün ingilis dilini üstün tutmaqda və işçilərindən də bir dildən çox danışmaqlarını istəməkdədir.


2. Əlaqə

  • Fərqli mədəniyyətdəki insanlarla əlaqə qurmaq qiymətiölçülməz bacarıqdır və siz bu bacarığa sahib ola bilərsiniz.
  • Dünyada ingilis dilində danışanların sayını bilmək çox çətin olsa da, təxmini bir milyard insanın İngilis dilini ana dili və ya ikinci dil olaraq istifadə etdiyi və bunun da ən çox danışılan dil olduğu bilinir.
  • Veb Saytların 55%-i ingilis dilindədir.
  • Elektron əlaqələrin böyük əksəriyyəti- e-poçtların oxunması və yazılması asan olduğu üçün ingilis dilindədir.


3. Təhsil

  • Amerika və İngiltərə kimi ölkələrdə oxumaq istəsəniz, üst səviyyə ingilis dilini bilməyiniz vacibdir.
  • İngilis dilini öyrənən insanların sayının 2 milyarda çatması təxmin edilir.
  • İngiliscə bacarığını ölçən və dünya miqyasında qəbul edilən beynəlxalq tələbələr üçün bir çox imtahan var.


4. Xüsusilik

  • Bir dil öyrənmək şəxsi məmnuniyyət və müvəffəqiyyətin böyük mənasını verir.
  • Dünyanın ən yaxşı musiqi, kino və televiziya şouları ingilis dilindədir. Dili başa düşmək bu kimi mədəniyyətləri daha yaxşı mənimsəməyinizə kömək edəcəkdir.
İngilis dilində danışmaq hər növ insanla tanış olmağınıza və yaxşı dostlar qazanmağınıza kömək edəcəkdir.





Oxuduğunuz üçün təşəkkür edirəm.

Bizə yazın:
WhatsApp
Made on
Tilda