Cambridge English haqqında

Cambridge English haqqında az insanın məlumatlı olması, Cambridge English haqqında yazı yazmağa bizi vadar etdi.
Cambridge English (Kembric ingilis dili) beynəlxalq proqramdır.
İngilis dili biliyinizin təsdiqi olan beynəlxalq sertifikatlar sizi arzuladığınız ölkənin sakininə çevirir. Buna görə ölkəmizdə də ingilis dili öyrənənlərin sayı artmaqdadır.

İngilis dili üzrə 3 beynəlxalq dil sertifikatı mövcuddur: IELTS, TOEFL və Cambridge English.

Cambrdige English sertifikatının əsas fərqi - etibarlılıq müddətidir. Cambridge English ümumi bilik səviyyəsini göstərir və ömrünüzün sonunadək etibarlıdır. Cambridge imtahanı seçilərkən nəzərə alınmalıdır ki, minimum bal yığılmasa, sertifikat verilmir.
Cambridge imtahanı adətən 2 gün vaxt alır: 1-ci gün oxuma, yazma və dinləmə baracarıqları (hər biri 1-2 saat olmaqla) yoxlanılır, 2-ci gün isə danışıq testi keçirilir (15 dəq.) Danişiq testi digər tələbələrlə birlikdə keçirilə bilər. İmtahanı kompüter və ya yazılı formada vermək mümkündür. Nəticələr A1-C2 səviyyələri ilə ölçülür (CEFR).Cambridge English isə ildə bir neçə dəfə. Buna görə də imtahanı əvvəlcədən planlaşdırmalısınız.

5-13 yaş aralığındakı uşaqlar üçün aşağıdakı səviyyələri vardır.

1.Pre A1-Starters

2.A2-Movers

3.A2-Flyers



13-17 yaş aralıqlı şagirdlər üçün aşağıdakı səviyyələri vardır.

1.KET- Beginner/Elemantary (A2)

2.PET- Pre-Intermediate/Intermediate (B1)

3.FCE- Upper-Intermediate (B2)

Əlavə dil biliyi yaşamaq, yaratmaq və inkişaf etmək imkanını qat-qat artırır. Buna görə dil öyrənmək heç vaxt gec deyil.

Sadə dillə desək bir şəxsin öz düşüncəsi, əməli, xarakterinə, həyata və dünyaya baxış tərzinə kənardan baxması, başqa sözlə bütün bunlara güzgü tutmasıdır. Dərs prosesində isə şagirdə və eləcə də müəllimə öyrənmənin nə dərəcədə uğurlu olmasını göstərən amildir.

Oxuduğunuz üçün təşəkkür edirik
Made on
Tilda