Son zamanlar 10 və 11-ci sinif şagirdlər arasında ən çox narahatverici davranış onların dərslərinə qarşı göstərdikləri laqeydlikdir. Bu şagirdlərdə müşahidə olunan hallar bunlardır: istedadlı və qabiliyyətli olmalarına baxmayaraq tapşırıqları etməyə, dərs oxumağa səbrlərinin çatmaması, diqqət dağınıqlığı, təhsil almağa həvəslərinin olmaması və s. Yeniyetmələrdə bu halın yaşanmasının bir neçə səbəbi vardır. Bunların sırasına texnologiyadan ifrat dərəcədə istifadə, rejimsiz həyat tərzi, valideynin yanlış yanaşması və s.-ləri aid etmək olar.
Hamıya məlumdur ki, texnika və informasiya əsrində yaşayırıq və bugünkü uşaqlar bu baxımdan valideynlərindən daha da irəlidədirlər. 20-30 il əvvələ nisbətən uşaqlar indi əylənmək, vaxt keçirmək, istirahət etmək üçün daha çox seçim imkanına malikdirlər və onlar kitabdan çox telefon, kompüter və digər vasitələrdən istifadəyə üstünlük verirlər. Saysız-hesabsız imkanları olan texniki vasitələrdən istifadəyə öyrəşən uşaqlar dərs oxumaq üçün kitabdan uzun müddətə istifadə edə bilmirlər. Bu onlara sıxıcı gəlir. Nəticədə şagirddə telefona, planşetə və texnoloji vasitələrə asılılıq yaranır və məktəb dərslərinin öhdəsindən gəlmək bir kabusa çevrilir.
Digər tərəfdən rejimsizlik, yuxu, yemək və istirahət saatlarının bəlirsiz olması şagirdlərin günlərini necə planlaşdırmalarını bilməmələri vaxt itkisinə səbəb olur və nəticədə məktəb dərslərinə kifayət qədər hazırlaşa bilməmələrinə gətirib çıxarır.
Şagirdlərin dərsə yanaşmasına mənfi təsir edən digər faktorlardan biri də valideynlərin yanlış düşüncə tərzidir. Belə ki, əksəriyyət valideyn düşünür ki, "övladımın aşağı siniflərdə dərslərini necə oxumasının elə bir əhəmiyyəti yoxdur. Son iki il repetitor yanında hazırlaşıb universitetə daxil olacaqdır." Valideynin bu yanaşması şagirddə elə fikir formalaşdırır ki, 10 və 11-ci siniflərə qədər oxumaq mənasızdır və repetitor yanına hazırlığa getməklə problemlərimi həll edəcəm. Təəssüf ki, bu kökündən yanlış düşüncədir və nəticəsi bir çox hallarda uğursuz olur. Şagirdin orta məktəbdə dərslərini çalışması onun beyninin inkişafına, bilikli olmasına, müəyyən bacarıqlar qazanıb inkişaf etdirməsinə səbəb olur ki, bu da onların abituriyent olan zaman proqramı daha keyfiyyətli şəkildə mənimsəmələrinə yol açır.
Yuxarıda sadalanan halları yaşamaması üçün valideynlər övladlarının təhsili ilə lap aşağı siniflərdən ciddi şəkildə maraqlanmalı, pedaqoq və psixoloq məsləhətindən yararlanmalıdırlar. Bir çox hallarda valideynlər özləri də bilmədən övladlarının gələcək fəaliyyətini yanlış yönləndirir və bu acı nəticələrə gətirib çıxarır.
Bu problemlərin həllinə çalışaraq valideynləri maarifləndirmək, şagirdləri doğru istiqamətdə yönləndirmək, həm pedaqoji, həm də psixoloji dəstək vermək, onların nailiyyətlərinin yüksəlməsini təmin etmək üçün TAİM (Təhsildə Araşdırma və İnkişaf Mərkəzi) yeni tədris ilindən V-VIII sinif şagirdlərin Təməl fənlərin tədrisi üzrə hazırlığına başlayır. Proqrama Riyaziyyat, Azərbaycan dili, İngilis dili fənləri və Məntiqdən hazırlıqlar daxildir. Bu hazırlıqlar övladlarınıza nəinki məktəbdəki dərslərin öhdəsində gəlməyə kömək edəcək, eyni zamanda onların məntiqi düşüncəsinin inkişafına, psixoloji durumlarının yaxşılaşmasına, istedad və qabiliyyətlərinin aşkar edilməsi və gələcək fəaliyyətlərinin düzgün istiqamətlənməsinə kömək edəcəkdir. Şagirdlərin fəaliyyətinin xüsusi metod ilə izlənməsi valideynə övladının dərs nəticələri, davranışı, psixoloji durumu haqqında ətraflı və davamlı məlumat alması üçün imkan yaradacaqdır. Yeni tədris ilində hər birinizə UĞURLAR!