Hörmətli müəllimlər!

Son günlər dəfələrlə doğru məlumat paylaşmağımıza baxmayaraq TAİM Əlavə Təhsil Müəssisəsi adından sosial şəbəkələrdə sertifikasiya hazırlığında sertifikat verilməsi məsələsi ilə bağlı əsassız məlumatlar paylaşılmışdır. Rəsmi müəssisə olaraq bu kimi hallardan narahatlıq hissi duyduğumuzu bildirmək istəyirik.

TAİM Əlavə Təhsil Müəssisəsi yarandığı ilk gündən müəllimlərin peşəkar inkişafına dəstək verməkdədir. Əsas məqsədimiz Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasınının reallaşmasına dəstək verməkdir. Bu məqsədlə müxtəlif təlimlər, layihələr həyata keçirilmişdir.

Əlavə Təhsil Müəssisəsi olaraq hazırda "Pedaqoji fəaliyyətə müasir
yanaşmalar" adlı ixtisasartırma təliminə hazırlıq prosesi gedir. Bu ixtisasartırma təlimi ilə müəllimlərin peşəkar inkişafına dəstək verərək, onların sertifikasiya prosesinə daha yaxşı hazırlaşmalarına və uğur əldə etmələrinə dəstək olmağa çalışırıq.

Qeyd etmək istərdik ki, keçirilməsi planlaşdırılan təlimin sonunda TAİM Əlavə Təhsil Müəssisəsi tərəfindən rəsmi sertifikat veriləcək və bu sertifikat Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq tanınır.

Yalan və əsası olmayan məlumatlara aldanmamağınızı və bu kimi hallar baş verərsə, bizə bildirmənizi xahiş edirik. Sizi maraqlandıran hər hansı bir sualınız olduqda isə, yalnız bizim rəsmi səhifələrimizə müraciət edin.

Hörmətlə, TAİM Əlavə Təhsil Müəssisəsinin rəhbərliyi
Made on
Tilda